Rusiya sülhməramlı kontingentinin əsgərləri Laçın dəhlizindəki nəzarət məntəqələrində təhlükəsizliyi təmin etməyə davam edirlər.
"İki sahil" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi internet saytında məlumat verilib. Bildirilib ki, müşahidə məntəqələri hərbi qulluqçuları atıcı silahlardan və qəlpələrdən qorumaq, habelə ətrafı hərtərəfli müşahidə etmək üçün hazırlanmış “yoxlama məntəqəsi” istehkamları ilə təchiz edilib.
Qeyd olunub ki, hazırda Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəsə əməl olunmasına nəzarət edirlər. Onlar həmçinin, mülki nəqliyyat vasitələrinin təhlükəsizliyini və sakinlərin Laçın dəhlizindən keçməsini, qida və müxtəlif malların daşınmasını təmin edir, infrastruktur obyektlərinin bərpası üçün tapşırıqları yerinə yetirən təmir qruplarını müşayiət edir və onların təhlükəsizliyini təmin edirlər.
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib