SOCAR-ın törəmə şirkəti olan “SOCAR Trading” “Eni Turkmenistan” şirkəti tərəfindən istehsal edilən 500.000 ton türkmən neftinin alınması üzrə tenderi udub.
Trend-in məlumatına görə, neftin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə daşınması planlaşdırılır.
SOCAR bir barel üçün təxminən 6 dollar endirim məbləği təklif edib.
2018-2020-ci illərdə "Eni Türkmənistan"ın neft tədarükü üçün etdiyi tenderləri Vitol şirkəti qazanmışdı. Həmin şirkət nefti tankerlərlə Mahaçqalaya, daha sonra isə Rusiyanın Transneft sistemi vasitəsi ilə Qara dənizin Novorossiysk limanına ixrac edirdi.
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO