07 dekabr 2020 13:26
1182

SOCAR İsveçrədə 200-cü yanacaqdoldurma məntəqəsini açıb

"SOCAR Energy Switzerland" şirkəti İsveçrədə 200-cü yanacaqdoldurma məntəqəsini açıb.

"İki sahil" bu barədə şirkətə istinadən məlumat verir.

Qeyd olunur ki, şirkət 198-ci məntəqəni Stalvedro, 199-cu məntəqəni Mayringen, 200-cü məntəqəni isə İnnertkirxen qəsəbələrində işə salıb.

SOCAR brendi ilə ilk yanacaqdoldurma məntəqəsi İsveçrədə 2012-ci ilin sentyabrında açılıb.