Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Naxçıvan Qarnizonu Qoşunlarında da yad edilib.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra çıxış edənlər müzəffər Ordumuzun qələbəsindən və şəhidlərimizin xatirəsinin yad edilməsinin əhəmiyyətindən danışıblar.
Günnüt əməliyyatlarının və İkinci Qarabağ müharibəsinin iştirakçısı, zabit Renat Şıxnəbiyev döyüşlər barədə xatirələrini, təəssüratlarını bölüşüb.
Saat 12:00-da Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
Sonda şəxsi heyətin təntənəli keçidi olub.
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib