Vətən müharibəsinin qazisi İlqar Həsənli İctimai Televiziyada yayımlanan MAG (Müasir Azərbaycan Gənci) verilişinin qonağı olub.
"İki sahil" "Report"a istinadən xəbər verir ki, Cəbrayıl istiqamətində gedən döyüşlərdə ayağından yaralanan qazi müharibə ilə bağlı xatirələrini bölüşüb:
"Yaralandığım zaman düşündüm ki, 5 dəqiqə sonra öləcəm. Döyüş yoldaşım məni xilas etdi. Şükür ki, şəhidlərimizin qanı yerdə qalmadı. Ayağa qalxandan sonra ilk əmrdə yenə hazıram", - o vurğulayıb.
Qeyd edək ki, "Report" İnformasiya Agentliyi verilişin informasiya dəstəkçisidir.
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib
Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü münasibətilə silsilə tədbirlər keçirilib