Bu günlərdə “Euronews” telekanalının çəkiliş qrupu erməni işğalından azad edilmiş Suqovuşanda olub.
"İki sahil" xəbər verir ki, məcburi köçkünlərdən biri, 27 il əvvəl kəndini tərk etməyə məcbur olmuş Xaliq Hümbətov çəkiliş qrupundan onu da özləri ilə aparmağı xahiş edib. X.Hümbətov Suqovuşanı tərk edərkən qarşılaşdıqları erməni vəhşiliyindən söz açıb və 27 il olmadığı doğma yerlərə qayıtdıqda sevinc göz yaşlarını güclə saxlayıb.
Qeyd edək ki, Azərbaycan Ordusu oktyabrın 3-də Suqovuşan kəndini işğaldan azad edib.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə kəndin tarixi adı özünə qaytarılıb.
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı olub - VİDEO
Özbəkistan heyəti “Birliyin Gücü – 2026” təlimində iştirak etmək üçün ölkəmizə gəlib