Pakistanda yanacaqdaşıyan maşın yaşayış evinə çırpılıb.
"İki sahil" Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Karaçi şəhərində baş verib.
Qəza nəticəsində ev tamamilə dağılıb. Hadisə zamanı evdə olan yeddi nəfər möcüzə nəticəsində sağ qalıb.
Qəzanın baş verməsi təhlükəsizlik kameralarına əks olunub.