Bu gün saat 21:00 radələrində magistral kəmərdə aşkarlanan qaz sızmasının ləğvi ilə bağlı Ağdaş rayonunun mərkəzi və Ləki qəsəbəsində qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.
Bu barədə "İki sahil"ə SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
Məlumata görə, "Qaz İxrac" İdarəsi gecə saatlarında qaz sızmasının ləğvi ilə bağlı təmir işləri aparacaq. Qeyd edilən ərazilərdə qaz təchizatının noyabrın 15-də səhər saatlarında bərpası gözlənilir.
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO