SOCAR İkinci Qarabağ müharibəsində şəhid olmuş əməkdaşlarının şirkət üzrə minimum əməkhaqqının 40 misli həcmində yardımlar verəcək.
SOCAR-dan "İki sahil"ə verilən məlumata görə, müharibədə əlil olmuş əməkdaşlara isə SOCAR üzrə minimum əmək haqqının 20 misli həcmində birdəfəlik yardımlar ediləcək.
"Böyük Qələbənin əldə olunması üçün bir çox həmkarımız qəhrəmancasına şəhid olub. Allahdan onlara rəhmət diləyir, onlarla fəxr edirik. İkinci Qarabağ müharibəsində şəhid olmuş həmkarlarımızın ailələrinə SOCAR üzrə minimum əməkhaqqının 40 misli həcmində yardımlar veriləcək. Müharibədə əlil olmuş işçilərə isə SOCAR üzrə minimum əmək haqqının 20 misli həcmində birdəfəlik yardımlar ediləcək", - məlumatda deyilir.
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib - FOTO
SOCAR-ın kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - FOTO