Braziliyanın Marlon adlı azyaşlı sakini Azərbaycan əsgərlərinə məktub yazıb.
“İki sahil” xəbər verir ki, azyaşlı Azərbaycan Ordusunun Qarabağın işğaldan azad edilməsi ilə bağlı keçirdiyi hərbi əməliyyatlarla maraqlanıb.
Marlon ordumuzun torpaqlarımız uğrunda apardığı döyüşlərdə iştirakına dəstək üçün hərçilərimizə üzərində Azərbaycan bayrağının rəsmi və ürək sözləri olan məktub göndərib. Marlon əsgərlərimizə həmçinin yığdığı xərcliyini də göndərib və xahiş edib ki, həmin pula onlara şirniyyat alınsın.
Əsgərlərimiz öz növbəsində azyaşlı braziliyalıya minnətdarlıq ediblər. Onlar torpaqlarımızın işğaldan azad edilməsindən sonra Marlonu Qarabağa dəvət edəcəklərini söz veriblər.
"İki sahil" həmin videonu təqdim edir:
Hərbi qulluqçular üçün hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi onların pensiya yaşı olacaq
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib