Cəbhənin Xocavənd istiqamətindəki qanlı döyüşlər zamanı daha bir yüksək rütbəli separatçı, general-mayor Norayr Mirzoyan məhv edilib.
"İki sahil" Qafqazinfo-ya istinadən xəbər verir ki, Mirzoyanla birlikdə onu müşayiət edən daha iki hərbçi zərərsizləşdirilib.
Qəribədir ki, özünü qondarma rejimin "Milli Təhlükəsizlik Xidmətinin (SNB) müdir müavini” kimi təqdim edən polkovnik N. Mirzoyan cəmi bir neçə gün əvvəl general-mayor rütbəsi almışdı.
3 noyabrda “Milli Təhlükəsizlik Xidmətinin direktoru”, general-leytenant Kamo Aqacanyan döyüş mövqelərini gəzərək N.Mirzoyana general-mayor poqonunu vermişdi.
Hərbi qulluqçular üçün hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi onların pensiya yaşı olacaq
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib