05 noyabr 2020 18:06
1205

Düşmənin Tonaşendəki hərbi infrastrukturu dağıdılıb VİDEO

Cəbhənin Tərtər istiqamətində Azərbaycan Ordusunun bölmələri tərəfindən həyata keçirilən əməliyyat nəticəsində düşmənin hərbi infrastrukturuna ciddi ziyan vurulub.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən "İki sahil"ə məlumat verilib.

Düşmənə endirilən artilleriya zərbələri ilə Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının Tonaşen kəndində yerləşən 7-ci dağatıcı alayının qərargahı, əsgər kazarmaları, sursatla dolu avtomobil texnikaları və digər hərbi infrastrukturu dağıdılıb.