Qarabağda döyüşlərə qatılan Ermənistan silahlı qüvvələrinin sabiq baş qərargah rəisi, general-leytenant Artak Davtyan İrəvana qayıdıb.
"İki sahil" azvision-a istinadən xəbər verir ki, erməni general Azərbaycana qarşı döyüş əməliyyatlarını koordinasiya edib. O, bu yaxınlarda Ermənistana geri qayıdıb.
Döyüş bölgəsində vəziyyətin gərgin olmasına baxmayaraq, Davtyan onun görə biləcəyi iş qalmadığını deyərək təcili İrəvana yollanıb.
Xatırladaq ki, Davtyan bu ilin 8 iyun tarixində gözlənilmədən vəzifəsindən azad edilib. O, baş nazir Nikol Paşinyanın qərarı ilə daha sonra Hərbi-sənaye Komitəsinin sədri təyin edilib.
Hərbi qulluqçular üçün hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi onların pensiya yaşı olacaq
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib