Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hərbi texnikalarının sıradan çıxarılması üzrə fəaliyyətlər davam etdirilir.
"İki sahil" Azərbaycan Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, noyabrın 3-də günün ikinci yarısında cəbhənin Xocavənd istiqamətindəki yüksəkliklərdən birinə çıxarılmış Ermənistan silahlı qüvvələrinin 1 ədəd “M-55” zenit qurğusu dəqiq atəşlə məhv edilib.
Qeyd edək ki, 1955-ci ildə istehsal edilmiş, yüngül zirehli çoxməqsədli transportyor üzərində quraşdırılmış 20 mm-lik 3 topdan ibarət zenit qurğusu aşağı hündürlükdə uçan hədəfləri və canlı qüvvəni məhv etmək üçün nəzərdə tutulub.
Hərbi qulluqçular üçün hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi onların pensiya yaşı olacaq
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib