Ermənilər Tərtər rayonuna fosforlu partlayıcı maddə atıb.
"İki sahil" Trend-ə istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələri Tərtər rayonunu atəşə tutmaqda davam edir.
Düşmən bu dəfə artilleriya atəşində fosforlu top mərmilərindən istifadə edib. Fosforlu mərmilər rayonun Səhləbad kəndində boş sahəyə düşdüyündən itki yoxdur. Hadisə barədə dərhal ANAMA təşkilatına məlumat verilib.
Hazırda ərazidə mərmilərin zərərsizləşdirilməsi üçün təhlükəsizlik tədbirləri görülür.
Hərbi qulluqçular üçün hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi onların pensiya yaşı olacaq
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib