Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) cəbhəyə yardım göndərib.
"İki sahil" Trend-ə istinadən xəbər verir ki, Türkiyənin Odalar və Borsalar Birliyinin prezidenti Mustafa Rifat deyib ki, Türk Şurası Azərbaycanın yanındadır: “Bu gün Türk Şurası olaraq can Azərbaycandayıq. Özbəkistan, Qırğızıstan, Türkiyədən olan nümayəndələr bu gün buradadır. Qazaxıstan isə tədbirə videokonfransla qoşuldu.
Bura can Azərbaycanla həmrəyliyimizi göstərmək üçün gəldik. Türk Şurası azərbaycanlı qardaşlarımıza dəstək olaraq zəruri tələbat mallarını cəbhəyə göndərib”.
Hərbi qulluqçular üçün hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi onların pensiya yaşı olacaq
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib