İran İslam Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi ermənilərin Bərdə şəhərini raket atəşinə tutmasına və nəticədə mülki insanların həlak olmasına münasibətini açıqlayıb.
"İki sahil" xəbər verir ki, səfirliyin açıqlamasında Azərbaycanın mülki obyektlərinin vurulması və insan tələfatını sərt şəkildə pisləyir və buna son qoyulmasını tələb edir.
İran səfirliyi hesab edir ki, mülki şəxslərə qarşı həyata keçirilən hərbi əməliyyat beynəlxalq hüquq normalarına zidd olmaqla yanaşı, həm də hərbi cinayətdir.
Səfirlik həlak olanların yaxınlarının dərdinə şərik çıxdığını və onlara dərin hüznlə başsağlığı verdiyini qeyd edib.
Hərbi qulluqçular üçün hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi onların pensiya yaşı olacaq
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib