"Azərbaycanın dinc əhalisinə qarşı, o cümlədən Bərdə şəhərində törədilən hərbi cinayətlərdə təqsirli şəxslərin məsuliyyətə cəlb olunması üçün əlimizdən gələn hər şeyi edəcəyik".
"İki sahil" xəbər verir ki, bunu Xarici İşlər naziri Ceyhun Bayramov öz tvitter hesabında Bərdədə növbəti dəfə ermənilərin törətdiyi təxribatla bağlı paylaşımında bildirib.
"Allah günahsız mülki şəxslərə rəhmət eləsin",- deyə nazir qeyd edib.
Hərbi qulluqçular üçün hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi onların pensiya yaşı olacaq
"Birliyin Gücü - 2026" birgə hərbi təliminin komanda-qərargah məşqləri keçirilib