Gələn il Azərbaycanın 3-cü peyki də fəzaya buraxılacaq.
"Azerspace 2" adlanan peyk kommersiya məqsədlidir və telekommunikasiya xidməti göstərəcək. Əvvəlki kimi bu peykin də Fransada kosmik mərkəzdən fəzaya buraxılması nəzərdə tutulub.
2017-ci ildə Azərbaycanın daha bir peyki fəzaya buraxılacaq. Yeni peyk Azərbaycanın fəzada olan sayca 3-cü, təyinatına görə isə 2-ci telekomunikasiya peyki olacaq.
Yeni peyk rəqəmsal teleyayım, internet əlaqəsi, məlumatların ötürülməsi kimi xidmətlər göstərəcək. Kommersiya məqsədli peyklə "Azərkosmos"un xidmət sahəsi genişləndiriləcək.
Yeni peyki yerli mütəxəssislər idarə edəcək.