"Mən yəhudi əsilli əsgər Daniel Zarmayilov Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşməkdən qürurluyam. Azərbaycan bizim evimizdir, Vətənimizdir. Vətənimiz uğrunda son damla qanıma qədər döyüşəcəm".
"İki sahil" xəbər verir ki, bu sözləri Azərbaycan vətəndaşı, Ordumuzun yəhudi əsilli əsgəri Daniel Zarmayilov videomüraciətində deyib.
"Azərbaycan dövlətindən və xalqından çox razıyıq. Erməni təcavüzünü qətiyyətlə qınayırıq. Yaşasın Azərbaycan dövləti, yaşasın şanlı Azərbaycan Ordusu!", - deyə o əlavə edib.
Hərbi Prokurorluğun rəhbərliyi hərbi qulluqçuların xidmət və məişət şəraiti ilə tanışlıq olub
Azərbaycan Ordusunda 27 Sentyabr - Anım Günü münasibətilə silsilə tədbirlər keçirilib