Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini pozaraq yaşayış məntəqələrini hədəf almaqda davam edir. Ermənistan silahlı qüvvələri tərəfindən Tərtərin atəşə tutulması nəticəsində Azərbaycan Dövlət Televiziyasının maşını atəşə tutulub.
“İki sahil” xəbər verir ki, düşmənin atdığı mərmilərdən biri Tərtərdə çəkiliş aparan AzTV-nin əməkdaşlarının olduğu avtomobilin yaxınlığına düşüb.
İlkin məlumata görə, avtomobilin sürücüsü Namiq Qənbərov xəsarət alıb. Maşına isə ciddi ziyan dəyib.