Yeni Azərbaycan Partiyası (YAP) Göygöl rayon təşkilatı, Göygöl Rayon İcra Hakimiyyəti, Təhsil sektoru, Gənclər və İdman sektoru, eləcə də Gənclər Evinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silsilə tədbirlər çərçivəsində məktəblilər arasında müxtəlif müsabiqə və yarışlar keçirilib.
Tədbirlər proqramına “Ömrünü xalqına həsr edən dahi” adlı inşa yazı müsabiqəsi, “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” adlı rəsm müsabiqəsi, “Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı bilik yarışı və “Yeni qələbələrə doğru” adlı məktəblərarası minifutbol turniri daxil edilib.
İnşa yazı müsabiqəsində Göygöl şəhər 4 nömrəli tam orta məktəbin X sinif şagirdi Nuray Rəhimli I yerə, Göygöl şəhər 5 nömrəli tam orta məktəbin IX sinif şagirdi Nigar Şamilova II yerə, həmin məktəbin digər şagirdi Fatimə Orucova III yerə layiq görülüb. Topalhəsənli kənd tam orta məktəbin XI sinif şagirdi Aynurə Abdiyeva isə həvəsləndirici mükafatla təltif olunub.
Rəsm müsabiqəsində Balçılı kənd 2 nömrəli tam orta məktəbin XI sinif şagirdi Səkinə Abbaslı I yerə, Qırıqlı kənd tam orta məktəbin IX sinif şagirdi Fatimə Ələsgərli II yerə, Üçtəpə kənd tam orta məktəbin IX sinif şagirdi Zeynəb Verdiyeva III yerə layiq görülüb. Aşıqlı kənd tam orta məktəbin VIII sinif şagirdi Dəniz Zeteşvili və Qızılca kənd 2 saylı tam orta məktəbin VIII sinif şagirdi Ofeliya Aslanova isə həvəsləndirici yerlərə layiq görülüblər.
Bilik yarışmasının nəticələrinə əsasən, Göygöl şəhər 2 nömrəli tam orta məktəbin komandası I yeri, Göygöl şəhər TTFT Liseyinin komandası II yeri, Pənahlılar kənd tam orta məktəbin komandası isə III yeri qazanıb.
Minifutbol turnirində Balçılı kənd 1 nömrəli tam orta məktəbin komandası I yerə, Göygöl şəhər 3 nömrəli tam orta məktəbin komandası II yerə, Üçtəpə kənd tam orta məktəbin komandası isə III yerə layiq görülüb.
Tədbirin sonunda yarış və müsabiqələrdə fərqlənən komandalar və iştirakçılar diplom və hədiyyələrlə təltif olunublar.