24 sentyabr 2020 13:14
685

Odla oynayan uşaqlar avtomobili yandırdı - VİDEO

İstanbulun Avcılar rayonunda kartonla oynayan uşaqların odla ehtiyatsız davranması nəticəsində nəqliyyat vasitəsi alova bürünüb.

"İki sahil" Oxu.az-a istinadən xəbər verir ki, xüsusən havanın küləkli olması alovun sürətlə ətrafa yayılmasına səbəb olub.

Hadisə anbaan ərazidə olan təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.

Yanan motosiklet ətrafda yaşayan sakinlər tərəfindən söndürülüb.