Türkiyənin Antalya şəhərində qadınlar arasında dava düşüb.
"İki sahil" Oxu.az-a istinadən xəbər verir ki, iki qadın küçə ortasında dava edib və bu zaman qohumları da onlara qoşulublar.
Bir-birinin saçını yolan və bir-birlərinə ayaqqabı atan qadınları kişilər ayırıb.
Altı qadın və üç kişinin iştirak etdiyi dava qonşu binaların sakinləri tərəfindən kameraya çəkilib.