Ər mağazada arvadının boğazını kəsib, şarfla boğdu
Ər arvadın boğazını kəsib, şarfla boğub.
"İki sahil" Milli.Az-a istinadən xəbər veri ki, hadisə Türkiyənin Kayseri vilayətinin Melikgazi mahalında yaşanıb. Okan T. adlı şəxs mağazada arvadının boğazını kəsib, sonra da şarfla boğub.
O, cinayət əməlini 16 yaşlı qızının və digər alıcıların gözü qarşısında törədib. Okan bir müddət sonra hadisə yerinə gələn polis əməkdaşları tərəfindən saxlanılıb.
Qadın hadisə nəticəsində sağ qalıb, onun əlinə və boğazına tikiş qoyulub.