11 sentyabr 2020 13:09
2171

Tofiq Yaqublu “piroqu", yaxud onu bu vəziyyətə "qəhrəman" edənlər saldılar

Tofiq Yaqublunun məşhur bir çıxışı var idi. Yəqin xatırlayırsınız. O deyirdi: "Biz Paşinyanın adamlarıyıq, Ermənistanın adamlarıyıq. Bir Ermənistanı təbliğ edirik, Paşinyanı təbliğ edirik. Məsələn, şəxsən mən nədən yazıram - ekologiyadan, filologiyadan, hərləyib, fırlayıb məntiq axtarıb, onu calayıram İlham Əliyevə".

İndi də radikal düşərgənin, "müstəqillərin" bir ağızdan nə danışırlarsa, sosial şəbəkələrdə nə yazırlarsa, məntiq tapıb hərləyib, fırlayıb Tofiq Yaqubluya calayırlar. Təsəvvür edin ki, heyvanlara qulluq forumunda "pişiyin altını necə təmizləmək lazımdır" sualı ətrafında müzakirə gedən məqamda ortaya bir "çəpəçi" çıxır və "Tofiq Yaqublu" yazır. Doğrudur, bunu radikallar "tofiqsevərlik" hesab etsələr də, pişiklə Yaqublu arasında məntiq haradadır, bunu izah edə bilmirlər.

Ay, çəpəçilər, "müstəqillər" Tofiq Yaqublunu hər söhbətə calaq etməklə onu planlaşdırılan kimi "qəhrəman" etmirsiniz, əksinə onu “qaza” gətirməklə ailəsini, özünü məhvə doğru aparırsınız. Tofiq Yaqublunu tanıyanlar bilirlər ki, ona zorla yapışdırılmış "qazi" və "mərd" yarlıqlarından irəli gələn qüruruna qarşı gedə bilməyəcək, Əli Kərimli kimilərin şəxsi maraqlarına alət olmağa davam edəcək.

Vəziyyətə baxın. Hazırda Tofiq Yaqublu 10 gündür "aclıq" edir, ailəsi də kameralar qarşısında şou göstərir. Tutaq ki, sabah Tofiq Yaqubluya nəsə oldu. Bundan kim itirəcək? Əlbəttə, Tofiq Yaqublu həyatını, ailəsi də başçısını itirəcək. Bəs, qazanan kim olacaq? Əlbəttə, bu gün Tofiq Yaqubluya “qaz” verənlər. Hətta, Əli Kərimli artıq qazanmağa başlayıb. Gülbenkyan Fondu xoş üzünü AXCP sədrinə göstərib belə.

Ona görə də, Tofiq Yaqublunun başına gələnlərinin səbəbkarı Əli Kərimli olduğu kimi məsuliyyət də onun üzərindədir. Çünki Tofiq Yaqublu xalq, Vətən naminə deyil, 40-50 “çəpəçi” trolunun 400-500 feyk profil və səhifəsi ilə yaratdığı “xalq” görüntüsü mühitində Əli Kərimlinin ailəsi üçün həyatını riskə atıb. Tofiq Yaqublu bunu ona görə etməyə məcbur edilir ki, Türkel Kərimli ABŞ-da, Selcan Kərimli Britaniyada firavan həyat sürsün. Bunu radikal düşərgədə də hər kəs anlayır. Bu səbəbdən də, bu gün ABŞ-da Sevinc Osmanqızı, Cəmil Həsənli, Avropada Orduxan Bəbirov, Qənimət Zahid, Arif Məmmədov, Azərbaycanda Arif Hacılı, Bəxtiyar Hacıyev kimilər “Tofiq Yaqublu” piroqundan pay qoparmağa çalışırlar, onlar da qazanmaq istəyirlər. Məhz, onlar “bir tikə piroq” üçün bu qədər tozanaq qaldırmasaydılar, Əli Kərimlinin təbirincə “fırtına” yaratmasaydılar, bəlkə də hadisələrin gedişatı tamamilə başqa cür olardı. Ola bilərdi ki, “Azadlıq” qəzeti, Əli Kərimli, cəbhəçilər zərərçəkmişləri təhqir etməsəydilər, barışıq olardı. Tofiq Yaqublunun döyüb, təhqir etdiyi ailə onu bağışlaya da bilərdi. Amma imkan vermədilər, bəlkə də, Tofiq Yaqublunun iradəsinin əksinə oynadılar və bugünkü vəziyyəti yetişdirdilər.

Artıq Tofiq Yaqublunun ailəsi təxribatın haradan qaynaqlandığını anlamalıdır. Burada erməni mədhiyyəçisi olan kürəkəni, Əli Kərimlinin müavini Seymur Həzini də yaddan çıxarmasınlar. Çünki, Seymur Həzinin Almaniyada sığınacaq vədi alınan iş deyil. Çünki o da Əli Kərimlinin dediklərini edir...

Ramil Vəlibəyov,

YAP Sosial media qrupunun rəhbəri