Macarıstanda içərisində 4 nəfərin olduğu hava şarı yanıb. Hadisə ölkənin cənubunda Feyer dairəsi ərazisində baş verib. Bu barədə yerli “İnfostart” portalı məlumat yayıb.
Portalın məlumatına görə, şar havaya qalxdıqdan təxminən 150 metr sonra yanmağa başlayıb. Bu zaman iki qadın, bir kişi dərhal özlərini səbətdən yerə atıblar. Ancaq 1 kişi isə buna müvəffəq ola bilməyib, daha da hündürlüyə qalxıb. Bir müddət sonra isə alovlar hava şarının konstruksiyasını bürüyüb və içindəki şəxslə birgə yerə çırpılıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər (ikisi qadın, biri kişi) isə ikinci və üçüncü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılıblar.
Hələlik onları şəxsiyyətləri müəyyənləşdirilməyib.
Avtosfer.az
Qəzzada sülhün təmin olunmasının birinci mərhələsi artıq nəzərəçarpacaq nəticələr verib
Hakimiyyət Livanın cənub rayonlarında "Hizbullah" hərəkatını tərk-silah etməlidir