08 sentyabr 2020 22:47
1908

Qız ona xəyanət edən sevgilisindən belə qisas aldı - VİDEO

"Destiny" ləqəbli "TikTok" istifadəçisi ona xəyanət edən sevgilisindən qeyri-adi formada qisas alaraq izləyiçiləri şoka salıb. Onun etdiyini bir çoxları "zəhərli" hesab edib.

Bu barədə "Daily Mirror" yazır.

Belə ki, onu aldadan sevgilisinə ikinci şans verən qız yenidən xəyanətlə üzləşdiyini bildirib.

Bundan sonra o, qisas niyyəti ilə oğlanın şəxsi əşyalarını bir qutuya yığaraq, üstünə saç lakı vurub və xeyli parıltı səpib. Qız keçmişdə sevgi məktublarına da bir az parıltı əlavə etdiyini vurğulayıb.

"Parıltı sevən qıza iki dəfə xəyanət etdikdə belə olur", - deyə o, paylaşımını şərh edib.

Həmin video 2,5 milyondan çox bəyənmə və on minlərlə şərh toplayıb. Bəziləri qızı dəstəkləsələr də, onun bu hərəkətini "zəhərli" adlandıraraq qarşı çıxanlar da az olmayıb.

Milli.Az