Evini qarət etdikdən sonra 87 yaşlı qadına təcavüz etdiyi iddia edilən fotoqraf evində ölü tapılıb.
Bir vətəndaşın məlumatı ilə hadisə yerinə gedən jandarma qrupları parçalanmış halda tapılan şəxsin təxminən bir ay əvvəl öldüyünü təxmin edib.
Meyitin çürüməsi səbəbindən şəxsiyyətinin kimliyi müəyyən edilə bilmədiyi üçün üzərindəki paltarlar vasitəsilə axtarış aparılıb.
Aparılan axtarışlar zamanı Menderes Atay adlı şəxsə məxsus bir sürücü vəsiqəsi tapılıb.
Meyitin Çoğullu kəndində tək yaşayan 87 yaşındakı Samiye Gülerin evini qarət etdikdən sonra təcavüz etdiyi iddia edilən, təbiət fotoqraflığı ilə məşğul olan Ataya məxsus olduğu müəyyənləşdirilib.
Sonxeber.az
Qəzzada sülhün təmin olunmasının birinci mərhələsi artıq nəzərəçarpacaq nəticələr verib
Hakimiyyət Livanın cənub rayonlarında "Hizbullah" hərəkatını tərk-silah etməlidir