24 fevral 2016 18:24
311

Bakıda baş verən dəhşətli qəzanın görüntüləri

Bu gün səhər saatlarında Bakıda iki sərnişin avtobusunun toqquşması ilə nəticələnən qəzada yaralanan şəxslərin adları bilinib. Yaralıların yerləşdirildiyi xəstəxanada olan əməkdaşının verdiyi məlumata görə, yaralılar aşağıdakılardır: 

Reanimasiyada olanlar:
 
Xəlilova Münəvvər Abdulla qızı - 1961-ci il
Musayev Rəfael Məmməd oğlu - 1981-ci i

Palatada müalicə alanlar:
 
Səmədov Emil Siyasət oğlu - 1986-cı il
Ağayarov Sadiq Ağayar oğlu - 1988-ci il

Müalicəsini ambulator şəraitdə davam etdirənlər:

Mirzəzadə Nərmin Cavanşir qızı - 1994-cü il
Nəsirov Vüsal Asif oğlu - 1992-ci il
Quliyev Yusif Xanoğlan - 1999-cu il
Mustafayev Ruslan Babaş - 1986-cı il
Qurbanov Zahir Zahid oğlu -1985-ci il
Seyidli Sənubər Mirqədim qızı - 1983-cü il
Zahidov Çingiz Abdul oğlu - 1965-ci il
Səfərov İlqar Bulud oğlu - 1960-cı
 
Əldə etdiyimiz məlumata görə, qəzadan sonra sürücü hadisə yerindən qaçaıb. Avtobusun çırpıldığı "Nissan" markalı maşında 6 aylıq körpə uşağın da olduğu haqqında məlumat daxil olub.

****

Bakıda baş verən avtobus qəzası ilə bağlı 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilən yaralılardan ikisi reanimasiyaya yerləşdirilib. Digər iki xəstə isə travmatologiya şöbəsindədir. Bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat verib.
O bildirib ki, digər yaralıların vəziyyəti isə orta-ağır olaraq qalır. 

Qeyd edək ki, avtobus qəzası Nizami rayonu ərazisində baş verib. Hadisə zamanı 1 nəfər ölüb, 13 nəfər yaralanıb. Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.