Əlində bıçaq olan qadın mağaza işçisinə hücum edib.
"İki sahil" Oxu.az-a istinadən xəbər verir ki, hadisə Rusiyanın Ulyanovsk şəhərində baş verib.
Belə ki, əlindəki bıçaqla mağaza işçisinə hücum edən kimliyi müəyyələndirilməyən qadın onu bir neçə dəfə bıçaqlayıb.
Yaralı xəstəxanaya aparılıb və reanimasiyaya yerləşdirilib.
Hadisəni törədən qadın saxlanılıb, hələlik onun işçini hansı səbəbdən bıçaqladığı məlum deyil.
Qəzzada sülhün təmin olunmasının birinci mərhələsi artıq nəzərəçarpacaq nəticələr verib
Hakimiyyət Livanın cənub rayonlarında "Hizbullah" hərəkatını tərk-silah etməlidir