21 avqust 2020 16:50
1275

Türkiyə “Pələng caynağı” ilə daha 5 terrorçunu zərərsizləşdirdi - VİDEO

Türkiyə Milli Müdafiə Nazirliyinin İraqın şimalında həyata keçirdiyi “Pələng caynağı” əməliyyatı çərçivəsində daha 5 terrorçu zərərsizləşdirilib.

“İki sahil” xəbər verir ki, bununla da zərərsizləşdirilən terrorçuların sayı 107-yə yüksəlib.

Qeyd edilir ki, müəyyənləşdirilən sığınacaqlarda və mağaralarda olan ləvazimatlar məhv edilib.