20 avqust 2020 11:09
3481

Bakıya yeni hərbi prokuror təyin edildi

Bakı şəhərinə yeni hərbi prokuror təyin edilib.

Bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş prokurorun əmri ilə Qaradağ rayon hərbi prokuroru Şükürov Fərid Əli oğlu tutduğu vəzifədən azad edilərək Bakı şəhər hərbi prokuroru təyin edilib.

Faktı Baş Prokurorluğun Mətbuat xidmətindən təsdiqləyiblər.