Sumqayıtda 70 yaşlı qadın itkin düşüb.
“İki sahil” xəbər verir ki, 1955-ci il təvəllüdlü Səhərnaz Qafar qızı İsxanova iyul ayının 5-də Sumqayıt şəhəri Corat qəsəbəsindən Bakıdakı Təzəpir məscidinə getmək adı ilə evdən çıxıb və həmin gündən etibarən ondan xəbər yoxdur.
Hadisə ilə bağlı polisə məlumat verilib.