17 avqust 2020 17:10
969

Almaniya polisindən zorakılıq - VİDEO

Almaniyanın Düsseldorf şəhərində polis yetkinlik yaşına çatmayan uşağı boynunu sıxaraq tutmağa çalışıb.

“İki sahil” xəbər verir ki, şəhər mərkəzindəki restoranlardan birində baş vermis insidentlə əlaqədar çağırılan polis hadisədə iştirak etməyən şəxsi, “polisin fəaliyyətinə maneə olduğuna” görə tutmaq istəyib. Polisin saxladığı şəxsi yerə yıxaraq boynunu dizi ilə sıxması ABŞ-dan olan Corc Floyd hadisəsini xatırladıb. Ətrafdakıların polisə verdiyi reaksiya da heç nəyi dəyişməyib.

Görüntülər sosial mediada böyük reaksiya doğurub. Dusseldorf polisi hadisə ilə əlaqədar istintaq başladıldığını açıqlayıb. Şənbə günü baş verən hadisədə saxlanılan şəxsin yetkinlik yaşına çatmadığı üçün ailəsinə təhvil verildiyi deyilir.

Qeyd edək ki, mayın 25-də qaradərili Corc Floyd ABŞ-ın Minneapolis şəhərində saxlanılarkən polisin dizi ilə boynuna basdığı ​​təzyiq nəticəsində ölmüşdü.