Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin əməkdaşları müvafiq icazəsi olmadan torpaq yolla rayon və əks istiqamətdə hərəkət etmək istəyən şəxslərin qarşısının alınması üçün tədbirlər görüb.
Trend-in məlumatına görə, polis əməkdaşları Bakı-Quba yolunun 52-ci kilometrliyində qurulmuş nəzarət postunun ətrafından torpaq yolla keçmək istəyənlərin qarşısını tam şəkildə alıb, torpaq yollar qazılıb, karantin qaydasını pozanlara qarşı inzibati qaydada protokol tərtib olunub.
Milli Məclisin deputatı: Azərbaycanda amnistiya aktları yalnız hüquqi prosedur deyil
"Bibiheybət" Gəmi Təmiri Zavodunun portfeli "Bakı Gəmiqayırma Zavodu"na ötürülür