12 iyun 2020 13:53
1332

Nazir “Son zəng”i çaldı - VİDEO

Virtual "Son zəng" başlayıb. Onlayn mərasimdə ilk olaraq bütün bölgələrin məzunları ilə birlikdə virtual himn oxunub. Daha sonra teledərslərdə iştirak edən müəllimlər “Azərbaycanım” mahnısını ifa edib. Bu tədris ilinin məzunları üçün son zəngi Təhsil naziri Ceyhun Bayramov öz oxuduğu məktəbdə çalıb. Qeyd edək ki, bu il respublikanın ümumtəhsil məktəblərinin  XI siniflərini 80 646 şagird bitirir.