03 may 2020 18:56
1453

Daşkəsəndə meyvə ağaclarını dolu vurdu - VİDEO - FOTO

Daşkəsən rayonunda hava şəraiti kəskin dəyişib, dolu düşüb.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, günorta saatlarında rayon ərazisində güclü dolu yağmağa başlayıb.

Təxminən 15-20 dəqiqə davam edən yağıntı çiçək açmış meyvə ağaclarına zərər vurub. Yağıntının başqa fəsadlar törədib-törətməməsi isə hələ ki, məlum deyil.

Hazırda yağışlı hava şəraiti davam edir.