Vəziyyət tələb edərsə, dərs ili vaxtından əvvəl başlaya bilər.
Bunu Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva “Yeni TV”yə müsahibə verərkən deyib.
Onun sözlərinə görə, əslində, hər il dərslər ənənəvi olaraq, sentyabrın 15-də başlayır:
“Biz hazırda dərs ilinin sonuna dair məsələləri, proqramları müzakirə edirik. Amma dərs ilinin başlanılması barədə Nazirlər Kabineti qərar verir. Nazirlər Kabinetinin qərarı əsasında dərs ilinin başlanılma tarixi müəyyən ediləcək”. //Trend
Gözlənilən küləkli və qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət olunub
Kiçikhəcmli gəmi istifadəçiləri üçün silsilə maarifləndirmə tədbirləri keçirilib