Məlum olduğu kimi, Nazirlər Kabinetinin Sərəncamına əsasən Koronavirusla mübarizə tədbirləri çərçivəsində yoluxma hallarının qarşısının alınması və ölkə ərazisində yerləşən bütün təhsil müəssisələrində tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin davam etdirilməsi məqsədilə 2020-ci ilin mart ayının 10-dan 20-dək (ilk tədris günü mart ayının 27-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılır və bununla bağlı bütün tədbirlər təxirə salınıb.
Bəs təhsil müəssisələrinin fəaliyyətindəki fasilə dövründə işçilər əmək haqqlarını ala biləcəklərmi?
Təhsil naziri Ceyhun Bayramov Azərbaycan Televiziyasının "Hədəf"də verilişində bu sualı cavablandırıb. Nazir qeyd edib ki, işçilərin əmək haqlarının hesablanması və ödənilməsində heç bir problem yaşanmayacaq.
"Bibiheybət" Gəmi Təmiri Zavodunun portfeli "Bakı Gəmiqayırma Zavodu"na ötürülür