03 mart 2020 16:22
2388

Bella Hadid türkiyəli modelyeri seçdi - FOTO

Dünyanın məşhur modeli Bella Hadid, qatıldığı tədbirdə türkiyəli modelyer Dilara Fındıkoğlunun tərtib etdiyi bir paltarı seçib.

“İki sahil” xəbər verir ki, Fransanın paytaxtı Parisdə moda həftəsi davam edir. Məşhur şirkətlərin yeni kolleksiyaları həvəskarlara bir-birinin ardınca təqdim olunur.

Həftə ərzində bir türk modelyerinin moda nümayişi olmasa da model Bella Hadid qatıldığı ziyafətdə geydiyi geyimlə türk modelyerini xatırladıb.

23 yaşlı Hadid “Vivienne Westwood” moda nümayişindən sonra qatıldığı məclisdə türkiyəli modelyer Dilara Fındıkoğlunun hazırladığı paltarı geyinib.

Paltarın belindəki “Dilara” yazısı diqqət çəkib. D.Fındıkoğlu Hadidin bu paltarla çəkdirdiyi fotolarını “İnstagram” səhifəsində yerləşdirib.

Hadidin geyindiyi bu paltar Dilara Fındıkoğlunun “AW20” adlı kolleksiyasındadır. Hadid əvvəl də Fındıkoğlundan bəzi modellər geyinib. Türk əsilli Dilara Fındıkoğlu uzun müddətdir Londonda yaşayır. Lorde, Rihanna və Lady Gaga modelyerin geyimlərini geyinən məşhurlardandırlar.