18 fevral 2020 15:13
1458

FHN: 17 mərtəbəli yaşayış binasında yanğın baş verib - VİDEO

Bakı şəhəri, Nəsimi rayonu, Cavadxan küçəsi, 48A ünvanında 17 mərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində mənzildə yanğın baş verib.

“İki sahil” xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə bu barədə məlumat daxil olan kimi, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa zamanda söndürülüb və geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğın nəticəsində ümumi sahəsi 130 kv.m. olan 3 otaqlı mənzilin 20 kv.m. sahəsi olan mətbəxi yanıb.

Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə olunub.