Dargavs təkcə Rusiyada deyil, dünyada da ən maraqlı və eyni dərəcədə sirli bir yerdir. Qafqaz dağlarının yamacında yerləşən Dargavsda yüz illər əvvəl yaşamış minlərlə ölü qəbirləri yerləşir. Buranı maraqlı edən şey, əsrlər əvvəl qurulmuş "ölü şəhər" (nekropol) bu gün də var.
“İki sahil” xəbər verir ki, Rusiyanın cənubundakı Böyük Qafqaz dağlarının ətəyində yerləşən Dargavs dünyanın ən böyük ölü şəhərlərindən biridir. Dargavs 10 min ölüyə sahiblik edir.
Təxminən min il əvvəl baş verən monqol yürüşü zamanı öldürülən insanlar üçün tikilən Dargavsda ölənlər əşyaları ilə birlikdə dəfn edilib.
Qeyd edək ki, bu şəhərə giriş pulludur.
Gürcüstanla sərhəddə olan bölgədə əsrlər boyu dayanan Dargavs, XVI əsrdən bəri bölgədə yaşayan insanların dəfn edildiyi ölü şəhərə (nekropol) çevrilib.