YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva ATƏT müşahidə missiyasının üzvləri ilə görüşüb
YAP Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva fevralın 8-də Bolqarıstan parlamentinin üzvləri, ATƏT-in Azərbaycanda parlament seçkilərini müşahidə missiyasının üzvləri olan Əhməd Əhmədov və Həmid Həmid ilə partiyanın İcra Katibliyində görüşüb.
Qonaqları salamlayan Sevinc Fətəliyeva Azərbaycanda seçkiöncəsi mühitdən bəhs edib, “Daha güclü Azərbaycan naminə!” şüarı ilə seçkilərə qatılan Yeni Azərbaycan Partiyasının seçki proqramı barədə məlumat verib. YAP-ın şöbə müdiri əminliklə bildirib ki, 9 fevral seçkiləri Azərbaycan xalqının ölkədə həyata keçirilən uğurlu sosial-iqtisadi islahatlara dəstəyini və Yeni Azərbaycan Partiyasının nüfuzunu nümayiş etdirəcək.
Öz növbəsində qonaqlar seçkilərin Azərbaycan xalqı üçün uğurlu olacağına inandıqlarını qeyd ediblər.
Vüqar Rəhimzadə: İnsan amilinə verilən dəyər dövlət siyasətinin əsas istiqamətlərindəndir
Əbu-Dabidə Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti ilə görüşü olub - YENİLƏNİB
Elçin Əmirbəyov: Bakı-Amsterdam münasibətlərində istifadə edilməmiş potensial qalır