07 fevral 2020 17:36
1177

Yük maşını hərəkətdə olarkən alovlandı - VİDEO

Hərəkətdə olan yük maşınında yanğın baş verib.

Hadisə Mingəçevir-Bəhrəmtəpə yolunda, Bərdə rayonunun Qarayusifli kəndi ərazisində qeydə alınıb. Kamaz markalı yük maşını hərəkətdə olan zaman qoşqusunda apardığı ot tayası yanmağa başlayıb. Hadisəyə səbəb isə yol kənarındakı meşə zolağında baş verən yanğın göstərilir.

Hazırda FHN əməkdaşları hadisə yerindədir və yanğını söndürməyə çalışır.

"Qafqazinfo"