Türkiyənin “Trabzonspor” klubunun nigeriyalı oyunçusu Obi Mikel Türkiyə Kubokundakı “BB Erzurumspor”la oyundan əvvəl verdiyi açıqlamada sosial mediada irqçilər tərəfindən hücumlara məruz qaldığını bildirib.
“İki sahil” xəbər verir ki, göz yaşlarını saxlaya bilməyən nigeriyalı oyunçu “Çox təəssüf edirəm, çox üzücüdür. Buraya gəldiyimdən bəri komanda yoldaşlarım və bütün Trabzon mənim üçün çox səmimi olublar. İrqçiliyin futbolda yeri yoxdur, irqçi insanlar həyatda da olmamalıdır. Bu böyük bir cinayətdir, böyük bir səhvdir. 4 yaşlı uşaqlarıma qarşı olanlara məyus oluram, çox təəssüf edirəm. Bu insanların həyatımızda yeri olmamalıdır. 4 yaşımda uşaqlarım haqqında belə şeylər söyləmək qəbuledilməzdir” deyib.