SOCAR-ın prezidenti Rövşən Nəcəf "ENOC Group"un İdarə Heyətinin üzvü və baş icraçı direktoru Hussein Lutah ilə görüşüb.

“İki sahil” xəbər verir ki, görüşdə şirkətlər arasında əməkdaşlıq məsələləri nəzərdən keçirilib, cari ilin noyabrında SOCAR ilə “Dragon Oil” arasında imzalanan Anlaşma Memorandumunun əlaqələrin genişləndirilməsi baxımından önəmi qeyd olunub.

Tərəflər enerji sektorunun müxtəlif istiqamətləri üzrə, o cümlədən kəşfiyyat, hasilat, rəqəmsallaşma, ticarət, marketinq və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıblar.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO