ABŞ-ın Miçiqan ştatında balıq tutmaq istəyən gənc qız müvazinətini itirərək buz bağlamış suya yıxılıb.
“İki sahil” xəbər verir ki, qızın səsini eşidən yoldaşının polisə xəbər verməsindən sonra gələn polislər onu xilas ediblər.
Təxminən 15 dəqiqə buzlu suda qalan qız xəstəxanaya çatdırılıb.
Polis insanları diqqətli olmağa çağıraraq buzlu suya düşən insanın 10 dəqiqə sonra özünü xilas edə bilməyəcək həddə çatdığını bildirib.