23 aprel 2026 07:59
154

ABŞ-nin Beyrutdakı səfirliyi vətəndaşları Livanı tərk etməyə çağırıb

ABŞ-nin Beyrutdakı səfirliyi Amerika vətəndaşlarını kommersiya uçuşları davam edərkən dərhal Livanı tərk etməyə çağırıb.

“İki sahil” xəbər verir ki, bu barədə diplomatik missiyanın saytında bildirilir.

"Təhlükəsizlik sahəsində vəziyyət hələ də gərgindir və sürətli dəyişikliklərə məruz qalır. ABŞ vətəndaşlarını kommersiya uçuşları davam edərkən Livanı tərk etməyə çağırırıq", - bəyanatda deyilir.

Diplomatik missiya Livanda qalmaq qərarına gələn Amerika vətəndaşlarına əvvəlcədən hərəkət planı hazırlamağı və mövcud məlumatları diqqətlə izləməyi tövsiyə edib.

Bundan əvvəl İsrailin Müdafiə Ordusu Livanın cənubundakı Livan radikal "Hizbullah" hərəkatına məxsus obyektə zərbələr endirildiyini bildirib.