28 dekabr 2019 16:31
755

Tədbirdə “panda”ya hücum çəkib döyməyə başladı - VİDEO

Bayram tədbiri zamanı içkili kişi panda geyimində olan artisə hücum edib. 

Bildirilir ki, hadisə Tatarıstanın Nijnekams şəhərində kafelərin birində baş verib. Kadrlardan görünür ki, kişi ayı geyimindəki artistin üstünə tullanaraq, onu yıxıb və döyməyə başlayıb. Həmkarlar və işçilər onu çox çətinliklə “panda”dan uzaqlaşdıra biliblər.

Artistin geyimi tamamilə məhv olub, ilkin hesablamalara görə 100 min rubl (2730 AZN) zərər dəyib.

Kişinin “panda”ya olan nifrətinin motivləri hələ müəyyənləşməyib.

Oxu.az